İran Ukraynaya görə 10 nəfəri həbs etdi
Kateqoriya məlum deyil
İran məhkəməsi Ukraynaya məxsus mülki təyyarənin vurulmasına görə 10 hərbçi haqqında həbs qərarı çıxarıb.
Sfera.az xəbər verir ki, bu barədə İranın "Mizan" agentliyi məlumat yayıb.
Bildirilir ki, təyyarəni vuran "Tor-M1" hava hücumundan müdafiə sistemini idarə edən hərbçilərin komandiri 13 il həbsə məhkum edilib.
İş üzrə ikinci və üçüncü dərəcəli müttəhim kimi mühakimə olunan müxtəlif rütbəli 9 hərbçiyə isə 1 ildən 3 ilə qədər həbs verilib.
Xatırladaq ki, 2020-ci il yanvarın 8-də səhər saatlarında Tehran Beynəlxalq İmam Xomeyni hava limanından havaya qalxan Ukrayna Hava Yollarına məxsus 752 nömrəli sərnişin təyyarəsi vurulub və təyyarədə olan 176 nəfərin hamısı ölüb.






