Sudanda hərbi çevrilişə cəhd-döyüşlərdə ölənlərin sayı 60-a çatıb - FOTO
Sudanın paytaxtı Xartumda aprelin 16-da ikinci gündür ki, atəş və ağır artilleriya səsləri eşidilir. Çevik Dəstək Qüvvələrinin hərbiləşdirilmiş dəstələri ordu ilə vuruşur, çevriliş etməyə çalışır.
Sfera.az bildirir ki, bu barədə ərəb telekanalı Əl-Cəzirə məlumat yayıb. Həkimlər qarşıdurmada ən azı 56 mülki şəxsin həlak olduğunu bildirir. Şahidlər Xartum, qonşu Omdurman şəhəri və yaxınlıqdakı Bahri üzərində ağır artilleriyanın olduğunu bildirib, atışmalardan sonra paytaxtın üzərində tüstü buludları görünüb. Atışmalardan sonra Sudanın paytaxtı üzərində tüstü buludları görünüb. Üsyançılar nizami orduya qarşı ikinci gündür vuruşurlar - 600-ə yaxın adam yaralanıb. Xartumda döyüşlər prezident sarayı və dövlət televiziyası binasının yaxınlığında gedir. Sudan Tibb Birliyinin məlumatına görə, döyüşçülər də daxil olmaqla, təxminən 595 nəfər yaralanıb.
"Ordu Çevik Dəstək Qüvvələri və üsyançılar dağılana qədər onlarla danışıqlar aparmayacaq. Biz Xartumda prezident sarayının yaxınlığında döyüşləri görməkdə davam edirik"- Əl-Cəzirə müxbiri Heba Morqan deyib.
Jurnalistin qeyd etdiyi kimi, indi saraya kimin nəzarət etdiyi bəlli deyil, dövlət televiziyası uğrunda döyüşlər gedir. Ordu qərargahına və Xartum Beynəlxalq Hava Limanına nəzarət etdiyini bildirir. Əl-Mayadin kanalı Sudan ordusunun bəyanatına istinadən xəbər verir ki, Sudan Hərbi Hava Qüvvələrinin qırıcıları Çevik Dəstək Qüvvələrini hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün əməliyyatlar aparır. Üsyançılar nizami ordunu onların Xartumdakı bazasına hər cür silahla hücum etməkdə ittiham ediblər. Ordu Çevik Dəstək Qüvvələri və digər üsyançılarla danışıqlar aparmayacaq.
"Qorxuruq, 24 saatdır ki, səs-küydən yata bilmirik, ev titrəyirdi. Qorxuruq ki, şəkər xəstəsi atamın həm suyu, həm yeməyi, həm də dərmanı tükənəcək. Bu qədər yalan məlumat olmaz, hamı yalan danışır. Nə vaxt bitəcəyini bilmirik”- Xartumun cənubunda yaşayan Xuda adlı qız “Reuters” agentliyinə bildirib. ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanı və BƏƏ-nin xarici işlər nazirləri ilə danışıb və bildirib ki, üç ölkə Sudanda hərbi əməliyyatların dayandırılmasının zəruriliyi barədə razılığa gəliblər. "General Abdel Fattah Abdelrahman al-Burhan və General Mohamed Hamdan Deqalonu gərginliyi azaltmaq və bütün mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün aktiv tədbirlər görməyə çağırıram. İrəliləmənin yeganə yolu Sudan xalqının demokratik istəklərini dəstəkləyən danışıqlara qayıtmaqdır”deyə dövlət katibi bildirib.
Çin də narahatlığını ifadə edib - Pekində Xarici İşlər Nazirliyi Sudanda münaqişənin bütün tərəflərini vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün atəşi dayandırmağa çağırıb. Rusiya, Misir, Səudiyyə Ərəbistanı, eləcə də BMT, Avropa Birliyi və Afrika İttifaqı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Sudanda toqquşmaların səbəbi: üsyançılar hərbçilərlə razılaşmır Sudanda siyasi fraksiyalar 2021-ci ildə baş verən hərbi çevrilişdən sonra keçid hökuməti qurmaq üçün danışıqlar aparır. Gərginliyin daha bir dalğası general Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi hərbçilər ilə general Məhəmməd Həmdan Deqalonun başçılıq etdiyi Çevik Dəstək Qüvvələri arasında hərbi birləşmələrin silahlı qüvvələrə necə inteqrasiya olunması və bu prosesə hansı qurumun nəzarət etməli olduğu ilə bağlı fikir ayrılıqlarından yaranıb. Ekspertlərin fikrincə, hərbçilərin və Çevik Dəstək Qüvvələrinin sayı 100 min nəfərdir. Şənbə günü Çevik Dəstək Qüvvələri ordunu 2019-cu ildə çevrilişlə devrilmiş Sudanın keçmiş prezidenti Ömər Həsən əl-Bəşirin tərəfdarları ilə sui-qəsddə ittiham edib.
Qeyd edək ki, Deqalo 2019-cu ildən ordu generalı əl-Buranın rəhbərlik etdiyi Sudanın hakim Suveren Şurasının sədr müavinidir. Aprelin 15-də əl-Burhana sadiq ordu birlikləri ilə Çevik Dəstək Qüvvələri arasında baş verən döyüşlər, iki komandir 2019-cu ildə prezident Ömər Həsən əl-Bəşiri devirmək üçün birləşdikdən sonra ilk qarşıdurma dalğası idi. Xatırladaq ki, aprelin 15-də Çevik Dəstək Qüvvələri üsyançıları ölkənin şimalındakı Merov şəhəri və ölkənin qərbindəki El-Obeid hava limanlarının onların nəzarətinə keçdiyini elan etmişdilər. Qeyd edək ki, Ukraynanın aşağı büdcəli SkyUp aviaşirkətinin Boeing 737 təyyarəsi də Xartum hava limanında yanıb. Aprelin 15-nə olan məlumata görə, şirkətin Sudanda 36 əməkdaşı olub. Aprelin 15-də Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko isə Ukrayna vətəndaşlarının girov götürülməsi ilə bağlı məlumatı təkzib edib.









