Azərbaycanlı yazıçı Rusiyanın bu kəndində dəfn edildi
Kateqoriya məlum deyil
Azərbaycanlı yazıçı Eduard Bağırov Nijni Novqorod vilayətində qəbiristanlıqda dəfn edilib.
Sfera.az xəbər verir ki, aprelin 12-də 47 yaşında dünyasını dəyişən Azərbaycan əsilli yazıçı Eduard Bağırov Nijni Novqorod vilayətinin Navaşinski rayonunun Qoritsı kəndi yaxınlığındakı kənd qəbiristanlığında dəfn edilib.
Bu barədə rayon rəhbərliyindən məlumat verilib. Qeyd edilib ki, Bağırov ana tərəfdən qohumlarının məzarlarının yerləşdiyi kənd qəbiristanlığında dəfn edilib.
Moskvada yazıçı ilə vida mərasimi aprelin 12-də baş tutub.






