İran bu ölkələrlə gizli danışıqlar aparır

İran bu ölkələrlə gizli danışıqlar aparır

İran ballistik raketlərini yanacaqla təmin etmək üçün Rusiya və Çinlə gizli danışıqlar aparır.

 

Sfera.az bildirir ki, bu barədə “Politico” diplomatik mənbələrə istinadən məlumat yayıb.  Qeyd olunub ki, Tehran, Moskva və Pekin razılığa gəlsələr, bu, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının birbaşa pozulması olacaq.

 

Mənbələrin sözlərinə görə, bunun müqabilində İran Moskvaya raket ehtiyatını artıra bilər. Nəşr bildirib ki, İran hakimiyyəti Rusiyanın dövlət kimya istehsalçısı “FKP Anozit” şirkətinin nümayəndələri ilə danışıqlar aparıb.

 

“Pekində sözügedən danışıqları  Tehranın Çində “texnologiyalar üzrə məsləhətçisi” kimi fəaliyyət göstərən iranlı diplomat Səccad Əhədzadə aparıb”, nəşr qeyd edib.

 

“Politico” xatırladıb ki, BMT-nin 2015-ci ildə qəbul etdiyi 2231 saylı qətnaməsinə əsasən, ölkələrin BMT Təhlükəsizlik Şurasının təsdiqi olmadan İrana ammonium perklorat tədarükü qadağan edilib.

 

İranın almaq istədiyi yanacağın  dəqiq miqdarı isə bəlli deyil. Diplomatların fikrincə, bu rəqəm minlərlə raketin, o cümlədən 700 km mənzilli “Zolfaghar” raketlərinin yaradılması üçün kifayət edəcək: “Razılaşma əldə olunarsa, raketlərdən bəziləri Ukraynaya qarşı istifadə ediləcək. Pekin İrana yanacaq tədarük etməklə savaşda Moskvaya pərdə arxasında kömək etmiş olacaq. Buna görə Çinin BMT-nin sanksiyalarını pozması mümkündür”.

 

Qeyd edək ki, daha əvvəl “The Wall Street Journal” Rusiyanın rəqəmsal texnologiya, müşahidə və fotoqrafiya avadanlıqları, dinləmə cihazları və yalan detektorları sahəsində İrana kömək etdiyini yazmışdı. 2022-ci ilin oktyabrında isə İranın öz raket sistemlərini Rusiyaya təhvil verməyə hazırlaşdığı barədə məlumatlar yayılmış, lakin onların döyüş meydanında istifadəsi qeydə alınmamışdı.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...