Logo

Çinin müdafiə naziri Rusiyaya səfər edəcək

Çinin müdafiə naziri Rusiyaya səfər edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çinin müdafiə naziri Li Şanfu aprelin 16-19-da Rusiyaya səfər edəcək.

Bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefey məlumat verib.

“Li Şanfu Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə aprelin 16-19-da Rusiya Federasiyasına rəsmi səfər edəcək”, - deyə o bildirib.

Çin Müdafiə Nazirliyinin rəhbərinin səfər zamanı Rusiya hərbi komandanlığı ilə danışıqlar aparacağı, hərbçilərin hazırlandığı təhsil müəssisəsinə baş çəkəcəyi planlaşdırılır.

Tan Kefeyin sözlərinə görə, son illərdə iki ölkə liderlərinin rəhbərliyi altında Çin və Rusiya ikitərəfli ordulararası əlaqələri yüksək səviyyədə saxlayıblar. “Çin və Rusiya Federasiyası strateji dialoqu davam etdirir və birgə təlimlər keçirir”, - deyə o xatırladıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR