Bu ölkədə 301 nəfərə ömürlük təzminat ödəniləcək – COVID-19 vaksinlərinə görə..

Bu ölkədə 301 nəfərə ömürlük təzminat ödəniləcək – COVID-19 vaksinlərinə görə..

Almaniyada bəzi vətəndaşlar COVID-19 peyvəndlərinə görə məhkəməyə müraciət edib.

 

Sfera.az bildirir ki, sözügedən addım vaksinin yaratdığı ciddi yan təsirlərə görə atılıb. Məhkəmədə təzminat qərarı verilib və kompensasiyalar dövlət müəssisələri tərəfindən ödənilməyə başlayıb. Belə ki, indiyədək 301 təzminat müraciətinin təsdiqləndiyi ölkədə ərizələri qəbul edilən şəxslərə ömür boyu aylıq 164-854 avro arasında ödəniş ediləcək. Hətta zərurət yaranarsa, bu şəxslərin müalicə xərcləri də dövlət tərəfindən qarşılana bilər.

 

Almaniyada peyvənd və dərmanları təsdiqləyən səlahiyyətli orqan Paul Ehrlich İnstitutunun (PEI) məlumatına görə, vaksinlər ürək xəstəliklərinə, qan laxtalanmasına, üz iflicinə, əzələ xəstəliyinə, eşitmə pozğunluğuna səbəb olub. Həmçinin peyvəndin yan təsirlərinin qurbanı olduqlarını iddia edən daha 185 nəfər də vaksin istehsalçılarına qarşı məhkəmələrə müraciət edib. İşlərdən birincisinə aprelin 28-də Frankfurt Rayon Məhkəməsində baxılacağı gözlənilir. Mövzu ilə bağlı açıqlama verən “Biontech” şirkəti “Peyvəndimizin sağlamlıq problemləri ilə heç bir əlaqəsi yoxdur. Biz peyvənd istehsalçısı olaraq öz məsuliyyətimizə çox ciddi yanaşırıq”, deyə qeyd edib.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...