Rusiyanın spirtli içki idxalı rekord hədd çatıb

Rusiyanın spirtli içki idxalı rekord hədd çatıb

2023-cü ilin yanvar-fevral aylarında Rusiyaya şərab və sərt spirtli içkilərin idxalı illik müqayisədə 23 faiz artaraq 79 milyon litrə çatıb. Alkoqol idxalının ümumi həcmi son beş ilin rekord göstərici olub. 


Sfera.az “Kommersant”a istinadən xəbər verir ki, şərabların tədarükü 23 faiz artaraq 63,37 milyon litr, sərt spirtli içkilərin tədarükü 25 faiz artaraq 15,65 milyon litr olub.

 

Bu dövrdə viski idxalı 32 faiz artaraq 6,16 milyon litr, konyak və brendi 61 faiz artaraq 2,82 milyon litr, likör idxalı 60 faiz artaraq 2,01 milyon litr, rom 19 faiz artaraq 1,67 milyon litr təşkil edib. 


Rusiyalı ekspertlər deyir ki, spirtli içkilərin idxalının kəskin şəkildə artması daxili tələbdəki dəyişikliklə bağlı deyil. Ekspertlərin şərhinə görə 2022-ci ildə sanksiyalar səbəbindən lizinq xidmətlərində gecikmələr olduğundan ötən il idxalı nəzərdə tutulan malların alışı bu il həyata keçirilib. Buna görə də ilk 2 ayda spirtli içkilərin idxalında kəskin artım baş verib. 


Qeyd edək ki, Azərbaycan da Rusiyaya spirtli içki ixrac edən ölkələrdəndir. 2022-ci ilin məlumatına əsasən, Azərbaycandan Rusiyaya spirtli içki ixracı 2,832 milyon litr təşkil edib. Ölkəmizin ixracında şərab əsas məhsul olub.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini TƏBRİK ETDİ

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayı...

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil ed...

Hakan Fidan: "Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var"

Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri H...

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.   Sfera.az-ın xə...

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...