Bayden Ledi Qaqaya vəzifə verdi
Kateqoriya məlum deyil
Amerikalı məşhur müğənni və aktrisa Ledi Qaqa Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsinin həmsədri təyin edilib.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, müğənni bu vəzifəyə layiqli namizəddir, çünki onun 13 Qremmi mükafatı var.
Qeyd edək ki, L. Qaqa Baydenin seçki kampaniyası tədbirlərində fəal iştirak edib. 2021-ci ildə o, Baydenin andiçmə mərasimində ABŞ Himnini ifa edib. (Qafqazinfo)






