Logo

Navalnını həbsxanada zəhərləyiblər? - "15 gündə 8 kilo arıqlayıb" 

Navalnını həbsxanada zəhərləyiblər? - "15 gündə 8 kilo arıqlayıb"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Həbsdə olan rusiyalı dissident Aleksey Navalnının səhhəti pisləşir.

Sfera.az xəbər verir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış məlumat yayıb.

O, 46 yaşlı siyasətçinin vəziyyətinin ürəkaçan olmadığını bildirib: “Navalnı yemək yemir, çünki yeməkxanadan yemək götürməyə icazə verilmir və həbsxananın ona verdiyi yeməklər əslində onun mədə ağrısını artırır”.

Navalnının həbsxana yeməklərindən yavaş-yavaş zəhərləndiyindən şübhələndiklərini deyən Yarmış, siyasətçinin son 15 gündə 8 kiloqram arıqladığını bildirib.

"Biz hesab edirik ki, Navalnı həbsxana yeməklərindən tədricən zəhərlənib. Cümə günü şiddətli mədə ağrısı səbəbindən onun üçün təcili yardım çağırılıb. Bu, bizim üçün böyük sürpriz oldu, çünki o, əvvəllər belə bir şey yaşamamışdı", - deyə Yarmış qeyd edib.

Yarmış vurğulayıb ki, Navalnıya lazımi tibbi yardım da göstərilmir.

Lalə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR