“Taxıl dəhlizi” sazişinin uzadılması mümkün deyil - Rusiya

“Taxıl dəhlizi” sazişinin uzadılması mümkün deyil - Rusiya

“Taxıl dəhlizi” sazişi uzadılmayacaq. 


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi yazılı açıqlama verib. 

 

Bildirilib ki, “Taxıl dəhlizi” sazişinin Rusiyaya maraqlı olan hissəsi yerinə yetirilməyib və buna görə də onun gələcəkdə uzadılması mümkün hesab edilmir.

 


Açıqlamada taxıl müqaviləsi çərçivəsində İstanbulda gəmilərin yoxlanılması ilə bağlı problemlər olduğuna diqqət çəkilib: “Müqavilə bağlanandan sonra İstanbulda Müştərək Koordinasiya Mərkəzi çərçivəsində ilk dəfədir yoxlamalar aparılmır. Hazırda Türkiyə sularında 1 milyon tondan çox ərzaq daşıyan 28 gəmi yoxlama gözləyir. Bununla belə, təftiş planının hazırlanmasına cavabdeh olan koordinasiya mərkəzindəki BMT rəsmiləri müqavilə çərçivəsində gəmilərin qeydiyyata alınmasında ukraynalılara dəstək verməyə çalışaraq proqramdan imtina ediblər”.


Açıqlamada, həmçinin Ukraynadan ehtiyacı olan ölkələrə taxıl daşımalarının 2,6 faiz azaldığı, 40 faizdən çoxunun isə Avropa İttifaqı (Aİ) ölkələrinə həyata keçirildiyi və bunun razılaşmaya zidd olduğu bildirilib.


Bəyanatda, həmçinin qeyd olunub ki, taxıl müqaviləsinin Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrin daşınması ilə bağlı hissəsi yerinə yetirilməyib: "Malaviyə getməli olan 262 min ton gübrənin 20 tonu Latviya, Estoniya, Belçika və Hollandiya limanlarında əngəllənib. Rusiya ilə BMT arasında razılaşmaya əsasən, Rusiya kənd təsərrüfatı məhsullarının ixracı qarşısındakı maneələr aradan qaldırılmalı idi. Bu sistematik problemlər aradan qaldırılmadan taxıl müqaviləsinin mayın 18-dən sonra uzadılmasından danışmaq mümkün deyil”.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   Sfera.az xəbər verir ki, b...