Makron fikirlərini müdafiə etmək üçün “ChatGPT”nin cavabından istifadə etdi

Makron fikirlərini müdafiə etmək üçün “ChatGPT”nin cavabından istifadə etdi

Fransa prezidenti Emmanuel Makron Avropanın "yıxıcı texnologiyalar" adlanan innovasiyalar qarşısında rəqabətə davamlı olmasının vacibliyindən danışıb. 


Sfera.az xəbər verir ki, Makron bu istiqamətdəki fikirlərini “ChatGPT”nin verdiyi cavabla müdafiə edib.

 

Hollandiya səfərindən qayıdan Makron “ChatGPT”yə “bir sözlə, Avropa “yıxıcı innovasiyalar” mövzusunda necə mövqe tutur? sualını verib. O, süni intellekt botunun verdiyi "rəqabətlidir" cavabını “Twitter” hesabında paylaşıb. Dövlət başçısı paylaşıma "Avropa rəqabətlidir, hətta süni intellekt də bunu təsdiqləyir!" şərhini yazıb. 


Avropanın “yıxıcı innovasiyalar” sahəsində sərmayə qoymağa və əməkdaşlığa davam etməsini tələb edən Makron, "Biz perspektivli şirkətlərlə ön sıralarda qala bilərik. Fransızlar və hollandlar olaraq bu yolda irəliləyirik", - deyib. 


Fransalı “Twitter” istifadəçiləri isə ölkədəki pensiya islahatı müzakirələrinə və qeyri-qanuni immiqrantlarla bağlı yeridilən siyasətə diqqət çəkmək üçün ChatGPT-yə bu mövzularda verdikləri sualların cavablarını ehtiva edən şəkilləri paylaşıblar.

 

İstifadəçilərdən biri "Xülasə, Makronun 5 illik fəaliyyətini necə ümumiləşdirərdiniz?" sualına süni intellektin verdiyi "Mübahisəli" cavabını paylaşıb.

 

Qeyd edək ki, “ChatGPT” Fransada dezinformasiya və məlumat çirklənməsinə səbəb olması səbəbiylə Milli İnformatika və Azadlıqlar Komissiyası (CNIL) tərəfindən araşdırılır. 

 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...