“Qara dəniz heç vaxt NATO dənizi olmayacaq” - Kremldən sərt açıqlama

“Qara dəniz heç vaxt NATO dənizi olmayacaq” - Kremldən sərt açıqlama

Rusiya Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Qara dənizin NATO-nun dominantlıq etdiyi dənizə çevrilməli olduğu ilə bağlı açıqlamalarına reaksiya verib.


Sfera.az bildirir ki, Kremlin sözçüsü Dmitriy Peskov mövzu ilə bağlı sərt açıqlama verib.

 

"Qara dəniz heç vaxt NATO dənizi olmayacaq. Bu, ortaq dənizdir. Bütün sahilyanı ölkələr üçün əməkdaşlıq, qarşılıqlı fəaliyyət və təhlükəsizlik dənizi olaraq qalmalıdır", - Peskov deyib. 

 

NATO-nun Ukraynaya dəstəyini tənqid edən Peskov, "Qlobal müharibənin xətləri daha aydın oldu. NATO-nun münaqişədə iştirakı artıb", - deyə vurğulayıb. 


O, Çin və Tayvan arasındakı gərginlikdə ABŞ-ın Tayvana dəstəyini də tənqid edib. Peskov, bu cür təşəbbüslərin təxribat olduğunu söyləyib: “Tayvanla bağlı mövqeyimiz açıqdır. Biz digər ölkələrin vəziyyətin sabitliyini pozmaq cəhdlərini pisləyirik”.

 

Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn olaraq qatıldığı Qara Dəniz Təhlükəsizlik Konfransında verdiyi açıqlamada, regionda təhlükə hiss edən bütün xalqlar üçün hərtərəfli təhlükəsizlik şəbəkəsinin yaradılmalı olduğunu bu sözlərlə ifadə edib: “Qara dənizi Baltik dənizi kimi NATO dənizinə çevirməyin vaxtı çatıb”.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   Sfera.az xəbər verir ki, b...