Norveç Rusiya səfirliyinin 15 əməkdaşını “persona non qrata” elan etdi

Norveç Rusiya səfirliyinin 15 əməkdaşını “persona non qrata” elan etdi

Norveç administrasiyası Rusiyanın Oslodakı səfirliyinin 15 əməkdaşını “persona non qrata” elan edib.

 

Sfera.az xəbər verir ki, Norveç Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rusiyanın Oslodakı səfirliyindəki 15 əməkdaşın “diplomatik status” adı altında fəaliyyət göstərən kəşfiyyatçı olduğu açıqlanıb. 


Bildirilib ki, onlar barəsindəki qərar “artan kəşfiyyat təhlükəsi səbəbilə Avropada dəyişən təhlükəsizlik vəziyyəti”nə cavab olaraq qəbul edilib.


Norveçin xarici işlər naziri Anniken Huitfeldt keçirdiyi mətbuat konfransında bunları deyib:

 

 “15 kəşfiyyatçı diplomatik statuslarına uyğun gəlməyən fəaliyyətlə məşğuldur. Onların fəaliyyəti Norveç üçün təhlükə yaradır. Onların sayı Ukraynanın işğalından sonra artıb”.

 

Huitfeldt bildirib ki, sözügedən səfirlik əməkdaşlarına qısa müddətdə ölkəni tərk etmələri barədə göstəriş verilib. O qeyd edib ki, Norveç Rusiya ilə normal diplomatik münasibətlər saxlamaq istəyir.

 

Rusiya Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı verilən açıqlamada, Moskvanın Norveçin deportasiya addımına cavab verəcəyi bildirilib.

 

Lalə 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...