İran zəlzələ yardımı adı ilə Suriyaya hərbi texnika göndərir

İran zəlzələ yardımı adı ilə Suriyaya hərbi texnika göndərir

Kəşfiyyat mənbələrinə görə, İran fevral ayında baş vermiş dağıdıcı zəlzələdən sonra müttəfiqi Suriyanı gizli şəkildə silah və hərbi texnika ilə təmin etmək üçün yardım uçuşlarından istifadə edib.
 

Sfera.az bildirir ki, fevralın 7-də qardaş Türkiyədə baş verən və Suriyada 6000 nəfərin ölümü ilə nəticələnən 7,8 bal gücündə zəlzələdən sonra İran Suriyanın Hələb, Dəməşq və Latakiya hava limanlarına yüzlərlə yardım təyyarəsi göndərib.
 

Kəşfiyyat mənbələrinin “Reuters” agentliyinə açıqladığına görə, İran yardım ləvazimatları arasında Suriyanın hava hücumundan müdafiə sisteminin planlı təkmilləşdirilməsi üçün lazım olan qabaqcıl rabitə avadanlıqları və radar batareyaları, eləcə də ehtiyat hissələri də göndərib. Məqsəd İranın Suriyada İsrailə qarşı müdafiəsini və Suriya prezidenti Bəşər Əsəd mövqelərini gücləndirmək olub.
 

Lakin İsrail Suriyaya yeni silah daşınmasındam tez xəbər tutub və daşımaları dayandırmaq üçün əks kampaniyaya başlayıb.
 

Suriya dövlət mediası daha əvvəl İsrailin Hələb hava limanına qarşı mart ayında iki dəfə hava hücumu təşkil etdiyini, o cümlədən martın 7-də bir hücumun uçuş-enmə zolağına zərər verdiyini və obyekti müvəqqəti bağlayaraq uçuşların istiqamətini Dəməşq və Latakiyaya yönləndirdiyini bildirmişdi.
 

İranın Suriyaya göndərdiyi təchizatlar arasında silahların olduğu bildirilir.
 

Əməliyyatdan xəbəri olan İsrail hərbi briqada generalı Yossi Kupervasser “Reuters” agentliyinə verdiyi açıqlamada: İsrailin gələn texnika ilə bağlı kəşfiyyat məlumatları o qədər təfərrüatlı olub ki, zərbələrlə uzun karvanlardakı xüsusi yük maşınlarını hədəfə ala bildiyini deyib.
 

İranın zəlzələlərdən sonra Suriyaya hərbi texnika daşımaq üçün humanitar yardım təyyarələrindən istifadə edib-etmədiyi barədə suala, İranın Nyu-Yorkdakı BMT-dəki nümayəndəsi: “Bu doğru deyil”-cavabı verməklə kifayətlənib.
 

Suriya hökuməti isə şərh tələbinə cavab verməyib.
 

Adı açıqlanmayan suriyalı zabitlərdən biri “Reuters” agentliyinə bildirib ki, İsrail İranın Suriyadakı təsirinə qarşı çıxmaq üçün səylərini artırır.

“Niyə indi? Sadəcə olaraq, nəyinsə sürətlə inkişaf etdiyi barədə məlumatlara sahib olduqları üçün. Onu dayandırmalı və yavaşlatmaq üçün vurmalıdırlar. Zəlzələ və baş verən xaos İran təyyarələrinin rahat şəkildə enişinə şərait yaratdı”.
 

"İran milisləri silah-sursat ehtiyatını bərpa edib"
 

Qeyd edək ki, Tehranın Dəməşqə hərbi dəstəyi 12 ildir davam edən vətəndaş müharibəsindən sağ çıxan Əsəd rejimi üçün həyati əhəmiyyət kəsb edir.
 

İsrailin şimal sərhəddində əzəli düşməninin zirvəyə qalxması ehtimalından narahat olan İsrail Suriyada İranla əlaqəli hədəflərə yüzlərlə zərbə endirib.
 

Regional təhlükəsizlik və iki Qərb kəşfiyyat mənbəsi bildiriblər ki, İsrailin son zərbələri Dəməşqin cənubundakı Cəbəl Manea Kisva dağ silsiləsində İran qoşunları və Hizbullahın Suriyada ən möhkəmlənmiş hərbi obyektini tikdiyi silah anbarlarını hədəf alıb. .
 

Xatırladaq ki, aprelin 3-də pilotsuz təyyarələr üçün istifadə edilən radar stansiyası da vurulub.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...