Məhbusun ilk öpüşündən sonra aparıcı onunla nişanlandı - FOTO

Məhbusun ilk öpüşündən sonra aparıcı onunla nişanlandı - FOTO

İsveçrədən olan Streamer Kim Eichenberger “Write a Prisoner” onlayn platforması vasitəsilə ABŞ-dan olan məhbus Uilyam Makkarti ilə əlaqə saxladıqdan sonra ona aşiq olub.
 

Sfera.az bildirir ki, xanım gələcək həyat yoldaşı ilə WriteAPrisoner.com saytında tanış olduğunu bildirib. Bu sosial şəbəkə Florida hakimiyyəti tərəfindən məhbusların təkrar cinayətlərdən qaçmağa kömək edəcəyi ümidi ilə qələm dostları tapması üçün yaradılıb. Kim, MakKartinin narkotik alverinə görə həbs olunduğunu öyrənməzdən əvvəl platformada bir neçə dəfə mesajlaşdıqlarını açıqlayıb.
 

Twitch striminq platformasında yayımlanan qız etiraf edib ki, ona həmişə cinayətkarlar çox maraqlı gəlir. Buna görə də o, Uilyama yazmağa qərar verib.


Bir neçə mesajlaşmadan sonra Kim cinayətkara aşiq olduğunu anlayıb və ABŞ-da ona dəmir barmaqlıqlar arxasında baş çəkmək qərarına gəlib. O, həbsxanada MakKartini ziyarət etmək üçün ərizə verib. Bunun üçün onlar bəzi qaydalardan yan keçməli olublar. Qız yalan deməli idi ki, onlar bir-birlərini iki və ya daha çox ildir tanıyırlar.
 

"Görüşmək üçün bir-birinizi iki il və ya daha çox tanıdığınızı təsdiq edən icazə tələb etməlisiniz"- isveçrəli qadın deyib.


İlk və yeganə üç saatlıq görüşləri zamanı Makkarti həbsxana mühafizəçilərinin nəzarəti altında qıza evlilik təklifi edib. İlk öpüşlərindən sonra qız razılaşıb. İndi o, sevgilisinin bu oktyabrda azadlığa çıxmasını səbirsizliklə gözləyir. O və MakKarti Aydahoda birgə həyat planlaşdırır, ona görə də Kim artıq ABŞ-da nişanlı vizası üçün müraciət edib.
 

Bu yaxınlarda isə Britaniyada “kabusla evlənən” müğənninin şeytan çıxarma əməliyyatı keçirmək istədiyi bildirilib. 2022-ci il Halloween bayramında xəyali əri Edvardo ilə evlənən Rokçu Brokard artıq ayrılmaq istədiyini bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini TƏBRİK ETDİ

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayı...

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil ed...

Hakan Fidan: "Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var"

Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri H...

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.   Sfera.az-ın xə...

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...