TikTok istifadəçiləri uşaqlarını tək saxlayan ataya ev almağa kömək etdilər

TikTok istifadəçiləri uşaqlarını tək saxlayan ataya ev almağa kömək etdilər

Aprelin 11-də Tiktoker LuC'ius Allure böyük bir avtomobil almağa pul toplamaq üçün köməyə ehtiyacı olduğunu bildirən bir video yayımlayıb. O, dörd və səkkiz yaşlarında olan övladları ilə bir ildən çoxdur yolda yaşadığını açıqlayıb.


Sfera.az bildirir ki, gənc ata izləyicilərinə 6000 dollara satışa çıxarılan furqon tapdığını, lakin buna imkanı olmadığını deyib. Yeni avtomobilin damında onun istifadə edə biləcəyi çadırı, mətbəxi və hər övladı üçün ayrıca yataq otağı var.


Gənc ata Allur son videosunda əşyalarla dolu maşına əyləşərək iki övladını tək böyütdüyünü, atasından maddi yardım aldığını, lakin bunun kifayət etmədiyini deyib. Satış üçün tapdığı 6000 dollarlıq furqonun onlar üçün tamamilə mükəmməl olacağını, lakin onu ala bilmədiyini deyib.
 

Allure izləyiciləri bio-da qeyd olunan GoFundMe səhifəsinə yönəldib və imkanları olsa, pul ianə etmələrini istəyib. O, həmçinin daha çox insanın baxa bilməsi üçün videonu bəyənmələrlə dəstəkləməyi xahiş edib. Gənc ata mikroavtobusun satışda nə qədər müddət qalacağını bilmirdi.


İlk gündə videoya 1,4 milyondan çox baxış, like və ya pul verməyə hazır olduqlarını bildirən izləyicilət 8400-dən çox şərh yazıb.


“Bizə furqon almağa kömək edin” adlı ianə kampaniyası ilk 24 saat ərzində 800-dən çox ianə alıb və o vaxtdan bəri ilkin hədəf iki dəfə artaraq 12.000 dollardan çox pul toplanıb.
 

Həmin gün yayımlanan növbəti videoda Allure uşaqları ilə arxa oturacaqlarda yatmış halda avtomobilinə qayıdır və ianələrin gəldiyini görəndə xoşbəxtlikdən ağlamağa başladığını deyir. Kişi bütün şərhlərə mümkün qədər tez cavab verməyə çalışacağını bildirib. Hazırda o rahatlıq və sevinc içərisində olduğunu, lakin hələ də nə baş verdiyini anlamağa çalışdığını və kömək edən hər kəsə təşəkkür etdiyini bildirib.


Qeyd edək ki, gənc ata Allurun TikTok-da 84.000-dən çox izləyicisi var. TikTok hesabında o, tək valideyn olmanın mübarizəsini əks etdirən videolar yerləşdirir və uşaqları ilə yolda həyatı haqqında danışır.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini TƏBRİK ETDİ

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayı...

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil ed...

Hakan Fidan: "Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var"

Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri H...

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.   Sfera.az-ın xə...

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...