Serj Sarkisyanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib

Serj Sarkisyanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ermənistan Respublikasının üçüncü Pezidenti Serj Sarkisyanın cinayət işi üzrə növbəti iclas bir qədər əvvəl İrəvanın ümumi yurisdiksiya məhkəməsində başlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

 

Xatırladaq ki, Serj Sarkisyan dövlət büdcəsindən təxminən yarım milyard dramın mənimsənilməsini təşkil etməkdə ittiham olunur. Sarkisyan ittihamı qəbul etmir və vəkilləri keçmiş prezidentin siyasi fəaliyyətinə görə təqib edildiyini iddia edirlər. Bu iş üzrə digər təqsirləndirilən şəxslər “Flash” şirkətinin sahibi Barseq Beqlaryan və nazirliyin bitkiçilik şöbəsinin keçmiş rəisi Gevorq Arutyunyan da ittihamı qəbul etmirlər.

 

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Serj Sarkisyan 2013-cü ildə Barseq Beqlaryanın təhriki, Samvel Qalstyan və Gevorq Arutyunyanın köməyi ilə dövlət büdcəsindən 15 milyon litr yanacaq üçün təxminən yarım milyard dramın israf edilməsini təşkil edib.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...