Trampın məhkəməyə verdiyi vəkillə bağlı DETALLAR

Trampın məhkəməyə verdiyi vəkillə bağlı DETALLAR

Donald Tramp keçmiş vəkili Maykl Kohenə qarşı 500 milyon dollarlıq iddia qaldırıb. O, müqavilələri pozmaqda və şəxsi maraqları qorumamaqda ittiham edib.

 

Sfera.az bildirir ki, bu barədə Kohenin sözçüsü Lanni Davis “BBC”yə açıqlama verib.  O, məhkəmənin müvəkkilinin xeyrinə həll olunacağına inandığını vurğulayıb.

 

“Tramp Maykl Koheni təqib edərək və qorxutmaqla bir daha məhkəmə sistemindən sui-istifadə edir. O, cəzadan qorxur və ola bilsin ki, ona qarşı prokurorlarla əməkdaşlıq edən digər potensial şahidlərə də mesaj göndərməyə çalışır”.

 

Florida Federal Məhkəməsində açılan iddiada vəkil həmçinin, keçmiş müştərisi, ailəsi və işi haqqında yersiz, manipulyativ  və zərərli ifadələr verməkdə ittiham olunub.

 

Xatırladaq ki, sözügedən vəkil 2016-cı il seçki kampaniyası zamanı keçmiş porno ulduz Stormi Danielsə susması üçün pul ödəyib və hazırda Trampa qarşı açılan cinayət işinin əsas şahidlərindən biridir. O, 10 ildən çox Trampın vəkili kimi çalışıb. Eyni zamanda, Maykl “Trump Organization”-nun  vitse-prezidenti olub.

 

Koen 2018-ci ildə dələduzluq və kampaniyanın maliyyələşdirilməsi istiqamətində pozuntularla bağlı təqsirli bilinərək 3 il həbs və pul cəzasına məhkum edilib. Həbsdən çıxdıqdan sonra o, xəbər proqramlarında Trampı tənqid edərək gündəmə gəlib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR