Bu ölkədə gənclərə 490 dollar “cib xərcliyi” veriləcək

Bu ölkədə gənclərə 490 dollar “cib xərcliyi” veriləcək

Cənubi Koreyada gənclərin sosiallaşması üçün “cib xərcliyi” veriləcək. 


Sfera.az xəbər verir ki, Cənubi Koreyanın Gender Bərabərliyi və Ailə Nazirliyi gənclərin sosiallaşması üçün aylıq 490 dollar (833 manat) müavinət təyin edib. 
Bu vəsait gəncləri evlərini tərk etməyə təşviq etmək məqsədi daşıyacaq.


“Cib xərcliyi” ilə yanaşı təhsil, məşğulluq və sağlamlıq dəstəyi də artırılacaq. 


Koreya hökuməti bununla gənclərin məktəbə, universitetə və ya işə getmək üçün evdən çıxmasını asanlaşdırmaq istəyir. 


Daha geniş tədbirləri noyabr ayında açıqlanacaq. Hökumət sosial həyatdan uzaqlaşan 9-24 yaş arası insanların aylıq yaşayış xərclərini də qarşılamağı düşünür.

 

Hökumətin araşdırmalarına görə, xüsusilə əlverişsiz ərazilərdə yaşayan gənclərin 40 faizi yeniyetməlik dövründə sosial həyatdan uzaqlaşır. Cənubi Koreyada 19-39 yaş arası təxminən 350 000 insan özünü tənha hiss edir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR