“Tatarskinin qətlinin təşkilatçısı Ermənistan vasitəsilə Türkiyəyə uçub” - FTX

“Tatarskinin qətlinin təşkilatçısı Ermənistan vasitəsilə Türkiyəyə uçub” - FTX

Rusiyalı hərbi müxbir Vladlen Tatarskinin (əsl adı Maksim Fomin) Sankt-Peterburqdakı qətlinin təşkilatçıları Ukraynanın xüsusi xidmət orqanları və onların agentləridir.


Sfera.az RBC-ya istinadən xəbər verir ki, bu haqda məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb. 


FTX bildirib ki, qətli Ukrayna vətəndaşı Yuri Denisov planlaşdırıb. O, çatdırılma xidməti və vasitəçinin köməkliyi ilə partlayıcı qurğunu qətli törədən Daria Trepovaya verib:

“Müəyyən edilib ki, M.Fominin qətlini D.Trepova ilə birlikdə Ukrayna “təxribat-terror qruplaşmasının üzvü”, Ukrayna vətəndaşı, 1987-ci il təvəllüdlü Yuri Denisov hazırlayıb. Denisov Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edib və 2023-cü ilin fevralında Latviya ərazisindən keçməklə Kiyevdən Moskvaya gəlib. Fominin həyat tərzi haqqında məlumat toplamaq üçün Denisov avtomobil alıb və 3 aprel hücumundan sonra Rusiyadan Ermənistan vasitəsilə Türkiyəyə uçub”. 


Xəbərdə qətli törədən Daria Trepovanın “Navalnı ideologiyası”nın tərəfdarı olduğu da bildirilir. 


Xatırladaq ki, Vladlen Tatarski 2023-cü ilin aprelin 2-də Sankt-Peterburqda kafedə keçirdiyi yaradıcılıq gecəsində partlayış nəticəsində ölüb. Partlayışda şübhəli bilinən 1997-ci il təvəllüdlü Daria Trepova iclasda iştirak edərək hərbi komandirə heykəlcik təqdim edib. 


Tatarski Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının təbliğatçısı idi. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR