““Moskva” kreyseri ssenarisi təkrarlana bilər” – Ukraynadan XƏBƏRDARLIQ

““Moskva” kreyseri ssenarisi təkrarlana bilər” – Ukraynadan XƏBƏRDARLIQ

Ukraynanın müdafiə naziri Oleksey Reznikov silahlı qüvvələrin Qara dənizdə yeni hücuma hazırlaşdığını deyib.  O, Rusiyaya “Moskva” kreyserinin batmasına bənzər hadisənin təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib: “Biz qarşı tərəfə yeni “sürpriz” təklif edirik. Bunun üçün sadəcə münasib anı gözləyirik”. 

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki,  Qara dənizdə yeni hücumlar olarsa, bu, ehtimal edilən əks- hücum əməliyyatları çərçivəsində baş tutacaq:

 

“Ukrayna Silahlı Qüvvələri Rusiya donanmasını zəiflətməsi nəticəsində ciddi strateji və taktiki uğurlar əldə edə bilər. Bu, perspektivdə Krım yarımadası ilə bağlı Ukrayna Müdafiə Nazirliyinin planlarının həyata keçməsinə də şəraitin yaranması mümkündür. Nəzərə almaq lazımdır ki, Rusiya donanması Krımı ciddi müdafiə edir. Bu mənada Rusiya donanmasına hücumlar effektiv olarsa, Ukrayna böyük uğur əldə edə bilər. Bu, həmçinin Rusiya Müdafiə Nazirliyində çaxnaşma ilə də nəticələnə bilər”.

 

Müsahibimiz qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları çərçivəsində məhz Qara dənizdə hücuma başlamaları şərt deyil:

 

“İstənilən halda, Ukrayna yaxın gələcəkdə effektiv əks-hücum əməliyyatlarına başlayacaqsa, bu, döyüş meydanında ciddi nəticələrə səbəb olacaq, mövcud durumu xeyli dəyişəcək”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR