Baydenə bombalı hücum planı – Polis əməliyyat keçirdi  

Baydenə bombalı hücum planı – Polis əməliyyat keçirdi  

ABŞ prezidenti Co Baydenin İrlandiyaya səfəri ərəfəsində ölkə polisi  “New IRA”ya (Yeni İrlandiya Respublika Ordusu) qarşı əməliyyat keçirib. 


Sfera.az xəbər verir ki, respublikaçı paramiliter qrupun bombalı hücuma hazırlaşdığı məlum olub. Polis onların "təxribatçı bombalama planı"nın pozulduğunu açıqlayıb. 

 

Bu xəbər hər iki ölkənin gündəminə bomba kimi düşüb. 

 

Adı açıqlanmayan mənbə “The Belfast Telegraph”a bildirib ki, qrupun üzvləri hücum üçün bomba hissələri axtarıblar. Başqa bir mənbə isə “New IRA”nın yeni lideri Tomas Mellonun Baydenin səfərini kölgədə qoymaq istədiyini deyib.

 

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden 2024-cü ildə namizəd olacağına bir daha işarə edib. Bayden yenidən namizədliyini irəli sürməyi planlaşdırdığını deyib. 80 yaşlı amerikalı siyasətçi hazırda ABŞ tarixinin ən yaşlı prezidenti titulunu daşıyır. Qalib gəlsə, ikinci müddətinin sonunda 86 yaşı tamam olacaq.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...