Küveytdə xəbərləri virtual aparıcı təqdim edəcək - VİDEO

Küveytdə xəbərləri virtual aparıcı təqdim edəcək - VİDEO

Küveytdə yerləşən “Kuwait News” xəbər kanalı süni intellektlə işləyən virtual xəbər aparıcısı Fedhanı təqdim edib.

 

Sfera.az xəbər verir ki, kanalın mətbuata verdiyi açıqlamada süni intellektli aparıcının sınaq mərhələsində olduğu və internetdə gündəlik xəbərləri oxuyacağı bildirilib. 


Tanıtım videosunda sarışın Fedha ağ köynək və qara pencəkdə görünür.


Ərəbcə danışan Fedha "Mən Küveytdə “Kuwait News”da süni intellektlə işləyən ilk aparıcı Fedhayam. Hansı xəbərlərə üstünlük verirsiniz? Fikirlərinizi eşidək", - deyib.

 

Rəsmilər Fedhanın "Küveytliləri bir araya gətirən müxtəlifliyi əks etdirdiyini" söyləyir.


Fedhanın media orqanının “Twitter” hesabından gündəlik xəbərlər bülletenini təqdim etməsi planlaşdırılır. Zamanla onun Küveyt ləhcəsi ilə danışması gözlənilir. 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...