Bu ölkədə kişi və qadın nazirlərin sayı bərabərləşdi

Bu ölkədə kişi və qadın nazirlərin sayı bərabərləşdi

Yeni Zelandiya kabinetində kişi və qadın nazirlərin sayı bərabərləşib.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Yeni Zelandiyanın Baş naziri Kris Hipkins bu gün keçirdiyi mətbuat konfransında kabinetdəki dəyişiklikləri açıqlayıb. O, millət vəkili Uillou Jan Praymıın mühafizə və gənclər naziri vəzifəsinə təyin edildiyini və bununla da Kabinetdə “gender bərabərliyi”nin əldə edildiyini bildirib.

 

K.Hipkins mövzu ilə əlaqədar mətbuat konfransında bunları qeyd edib:

 

“Bildiyiniz kimi, bu dönəmdə parlamentdə 50/50 təmsilçilik əldə edirik. Hesab edirəm ki, bu, çox gözəl bir şeydir və indi Nazirlər Kabinetində də bu baş Verdi. Əslində, bütövlükdə, kabinetdən kənar nazirləri hesablasanız, icra orqanlarında kişilərdən daha çox qadın var”.


Millət vəkili U.J. Praymın gender bərabərliyinə nail olmaq üçün təyin edilib-edilməməsi ilə bağlı suala isə Baş nazir "İş üçün ən uyğun insanı seçdiyimi söyləyəcəkdim" cavabını verib.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...