Bu Avropa ölkəsində 3,4 milyon insan heç vaxt internetə daxil olmayıb - İlginc statistika

Bu Avropa ölkəsində 3,4 milyon insan heç vaxt internetə daxil olmayıb - İlginc statistika

Almaniyada aparılan araşdırmada 16-74 yaş arasında olan 3,4 milyon insanın həyatında heç vaxt internetdən istifadə etmədiyi üzə çıxıb.

 

Sfera.az xəbər verir ki, bu ilginc faktı Almaniya Federal Statistika İdarəsinin rabitə sektorunda istifadə davranışı ilə bağlı apardığı araşdırma ortaya çıxarıb. 

 

16-74 yaş arasındakı Almaniya vətəndaşlarının 6 faizinin həyatlarında heç vaxt internetdən istifadə etmədiyi bildirilib. Araşdırmanın nəticələrinə görə, 65-74 yaşlı yaşlı əhalinin 17 faizi də heç vaxt internetə daxil olmayıb.

 

Həyatında heç vaxt internetə girməyən 45 yaşdan kiçik insanların nisbəti təxminən 2 faizdir. 

 

Avropa Birliyi ölkələrində internetdən istifadə etməyənlərin ümumi əhaliyə nisbətinin orta hesabla 7 faiz olduğu bilinir.

 

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2022-ci il hesabatına görə, dünya əhalisinin təxminən üçdə birinin, yəni orta hesabla 2,7 milyard insanın internetə çıxışı yoxdur.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR