Çin “Dünyanın ən çox əhalisi olan ölkəsi” ünvanını itirir – Bu aydan etibarən…

Çin “Dünyanın ən çox əhalisi olan ölkəsi” ünvanını itirir – Bu aydan etibarən…

Çin uzun illərdən sonra "Dünyanın ən çox əhalisi olan ölkəsi" ünvanını itirir.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin əhalisi azalmağa meylli olduğundan, Hindistanın bu ay "dünyanın ən çox əhaliyə sahib ölkə" olaraq Çini keçəcəyi proqnozlaşdırılır.


Dünya əhalisi 8 milyarda çatarkən; ən çox əhalisi olan ölkə adı Çindən Hindistana keçir. Birləşmiş Millətlər Təşkilatının (BMT) hesablamalarına görə, Hindistanın aprelin ikinci yarısında 1,4 milyarddan çox əhalisi olacaq. Bununla da, Hindistan dünyada əhalinin ən sıx məskunlaşdığı ölkə ünvanını alacaq.


2011-ci ildə aparılan daxili siyahıyaalma nəticəsində Hindistan əhalisinin 1,21 milyard olduğu açıqlanıb. Hökumət, Covid-19 epidemiyasını əsas gətirərək, hər 10 ildən bir keçirilən siyahıyaalmanı 2021-ci ildə təxirə salıb. Son məlumatlar göstərir ki, 12 il ərzində əhaliyə 210 milyon insan əlavə olunub ki, bu da az qala Braziliya əhalisi qədərdir. Amma bu həm də yeni problemlər deməkdir. Çünki Hindistanda əhalinin artımı ilə əlaqəli olaraq ciddi işsizlik problemi yaşanır.


Çinin əhalisi isə 2022-ci ildə 1961-ci ildən bəri ilk dəfə olaraq 800 min nəfər azalıb. Çin Milli Statistika Bürosunun məlumatına görə, 2021-ci ildə Çin əhalisinin sayı 1 milyard 412 milyon 600 min nəfər olub. 2022-ci ildə əhalinin sayının 1 milyard 411 milyon 800 min nəfər olduğu açıqlanıb.


Çində doğum nisbətləri 2022-ci ildə mində 6,77-yə düşüb, bu, milli qeydlərin tutulmağa başladığı 1949-cu ildən bəri ən aşağı səviyyədir.


2016-cı ildən əhalinin artım tempinin azaldığı Çində hökumət 1980-ci illərdən bəri həyata keçirilən “bir uşaq” siyasətindən imtina edib. Əvvəlcə 2016-cı ildə uşaq sahibi olma limiti 2-yə qaldırıldı. Daha sonra, 2021-ci ildə ailələrə 3 uşaq sahibi olmağa icazə verən qanun dəyişikliyi qəbul edildi.

 

Digər tərəfdən, BMT-nin məlumatına görə, dünya əhalisinin 2030-cu ildə 8 milyard yarıma, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə isə 10,4 milyarda çatacağı gözlənilir.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

"Qarabağ" "Neftçi"yə qarşı: Hesab açıldı

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Ərdoğan Harrislə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrisl...

"Müharibədəki zirehli jiletimi Faiq Ağayevə bağışladım, qəbul etmədi"

"Aparıcı İlqar Mikayıloğlu hərbi bayramların birində mənə zirehli jilet bağışlamışdı".   Sfera.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağ...