Pakistanda bazarda partlayış: Ölənlər və yaralananlar var

Pakistanda bazarda partlayış: Ölənlər və yaralananlar var

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində yerləşən Qandhari bazarında güclü partlayış baş verib. 

 

Sfera.az xarici mətbuata istyinadən xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

 

Partlayışdan sonra hadisə yerinə polis və sağlamlıq qrupları göndərilib.

 

İlkin məlumata görə, şiddətli partlayış nəticəsində çoxlu sayda bina və avtomobilə ziyan dəyib. 

 

Qarşıdan gələn Ramazan bayramı üçün alış-veriş səbəbiylə bazarın kifayət qədər sıx olduğu bildirilib. Ölü və yaralı sayının arta biləcəyi istisna edilməyib. 

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR