Hindistanda ağac məbədin üzərinə aşdı: 7 ölü, 30 yaralı

Hindistanda ağac məbədin üzərinə aşdı: 7 ölü, 30 yaralı

Hindistanın Maharaştra ştatında ağacın məbədin üzərinə aşması nəticəsində 7 nəfər ölüb, ən azı 30 nəfər yaralanıb. 

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Hindistanın Maharaştra ştatının Akola bölgəsində ötən gecə güclü külək nəticəsində 100 yaşlı ağac məbəddəki qalay konstruksiyanın üzərinə aşıb. Hadisə dini ritual zamanı baş verib. Binanın altında qalanlar ətrafdakı insanlar  tərəfindən çıxarılıb.

 

Polisin verdiyi açıqlamada yaralıların müalicə olunmaq üçün yaxınlıqdakı xəstəxanaya aparıldığı, onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.

 

Maharaştra ştatının baş nazir müavini Devendra Fadnavis ölənlərin ailələrinə başsağlığı verib və hökumətin ailələrə təzminat ödəyəcəyini açıqlayıb.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR