Viktoriya Bekhem Pasxa bayramını 6,2 milyon dollarlıq yaxtada qeyd edib - FOTOLAR

Viktoriya Bekhem Pasxa bayramını 6,2 milyon dollarlıq yaxtada qeyd edib - FOTOLAR

48 yaşlı britaniyalı dizayner və müğənni Viktoriya Bekhem 6,2 milyon dollarlıq dəbdəbəli yaxtada Mayamidə istirahət edərkən çəkilmiş şəkillərini paylaşıb.
 

Sfera.az bildirir ki, keçmiş “Spice Girl” üzvünün İnstaqram hesabında paylaşdığı fotoda ailə və doğmaları ilə birlikdə olub. Viktoriya ailəsi ilə Pasxa yeməyi Palm-Biçdəki 94 milyon dollarlıq Peltz malikanəsində qeyd edəcəklər. Şənlikdə həmçinin Tokio səfərindən qayıdan Bruklin və Nikola da iştirak edəcək.
 

Cütlük son bir neçə günü Tokioda keçirib, lakin Bekhem ailəsi evli cütlük kimi ilk Pasxalarını qeyd etmək üçün hər iki ailəni Palm Beach-də bir araya gətirmək istəyib.
 

Xatırladaq ki, Bruklin Bekhemlə Nikola Peltsin Palm-Biçdəki toyu üç milyon dollardan çox başa gəlib və Nikola ilə qayınanası Viktoriya Bekhem arasında qara pişiyin keçməsi ilə bağlı şayiələr demək olar ki, dərhal yayılıb. Şayiələrə görə, Nikola gələcək qayınanasına paltar tikdirməkdən imtina edərək daha dəbdəbəli və bahalı geyimə üstünlük verib. Bundan əlavə, xanım Bekhemin oğlu ilə birlikdə Mark Entoninin mahnısına Nikoladan toy rəqsi oğurladığı iddia edilirdi. Lakin bu şaiyələr öz təsdiqini tapmayıb.


Aynil
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR