Qonşusunun 1000-dən çox toyuqlarını qorxudaraq öldürən kişi həbs edildi

Qonşusunun 1000-dən çox toyuqlarını qorxudaraq öldürən kişi həbs edildi

Çin məhkəməsi qonşusunun mindən çox toyuqunu qorxudan öldürən şəxsə hökm çıxarıb. Etdiyi əmələ görə o, cərimə və 6 ay həbs cəzası alıb.
 

Sfera.az bildirir ki, hadisə Çinin Hunan əyalətində baş verib. Vətəndaş Qu 1100 məhəllə toyuqunu qorxudaraq öldürməkdə təqsirli bilinərək həbs cəzasına məhkum edilib.
 

Məhkəmə protokoluna görə, qonşuluqda yaşayan iki nəfər mübahisə edib. Onlardan biri icazəsiz qonşunun ağaclarını kəsib. Digəri qisas almaq qərarına gəlib. Qisas almaq üçün o, qonşunun toyuqlarından istifadə edib.
 

O, gecə yarısı fənərlə qonşunun toyuq fermasına girib toyuqların gözünə işıq salmağa başlayıb. Oyanan quşlar qorxub və bir-birlərini tapdalayıb əzərək bir küncdə gizlənməyə çalışıb
 

Bir neçə belə “gecə səfəri" zamanı Gu 1100 toyuq məhv edib.
 

Belə qəribə hadisələrdən biri də İngiltərədə yaşanıb. Sahibinin ölümündən sonra Heyvanları Xilasetmə Mərkəzinə yerləşdirilən it alkoqolizmdən sağalıb. Tutmaların qarşısını almaq üçün itə dörd həftə sakitləşdirici dərman verilib.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR