“Senzura ilə məşğul olmayacağam” - Elon Mask Medvedevin tvitini silməkdən imtina etdi

“Senzura ilə məşğul olmayacağam” - Elon Mask Medvedevin tvitini silməkdən imtina etdi

Amerikalı milyarder “Twitter”in sahibi Elon Mask Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ukrayna ilə bağlı təbliğat yazısını silməkdən imtina edib.


Sfera.az bildirir ki, bu barədə Mask bu gün-aprelin 10-da sosial şəbəkə istifadəçilərinin suallarından birinə cavab olaraq müvafiq açıqlama verib.
Milyarder qərarını onunla izah edib ki, istənilən xəbər mahiyyətcə təbliğat xarakteri daşıyır, ona görə də insanlar bu və ya digər bəyanata necə münasibət bəsləyəcəklərinə özləri qərar verməlidirlər.


Qeyd edək ki, söhbət bir gün əvvəl Medvedevin “Ukraynanın heç kimə faydası yoxdur və onu qoruyan da yoxdur”bəyanatından gedir.


Mask həmçinin bildirib ki, özü də az qala təbliğatın qurbanı olub, çünki şəbəkədə kimsə məlumat yayıb ki, guya Putin onu Ukraynaya kömək etdiyinə görə hərbi cinayətkar adlandırıb.


“Mənə dedilər ki, Putin Ukraynaya kömək etdiyim üçün məni hərbi cinayətkar adlandırıb, ona görə də o, mənim ən yaxın dostum deyil”.
 

Mask həmçinin vurğulayıb ki, Twitter Rusiya hökumətinin hesablarını nə təbliğ etməyəcək, nə də məhdudlaşdırmayacaq, amma senzura da olmayacaq.
 

Xatırladaq ki, aprelin 8-də “Twitter” testi göstərib ki, digər istifadəçilərə tövsiyələrdə sistem Rusiya prezidenti Vladimir Putinin rəsmi akkauntunu, Rusiya Xarici İşlər Nazirliyinin və Rusiyanın Böyük Britaniyadakı səfirliyinin daha əvvəl məhdudiyyətlər altında olan səhifəsini verir.
 

Onu da qeyd edək ki, Mask dəfələrlə Ukraynanı üçüncü dünya müharibəsinin qarşısını almaq üçün öz ərazilərini Rusiya Federasiyasına verməyə çağırıb.
 

Martın 6-da Twitter istifadəçiləri Rusiya təbliğatından qorumağı dayandırıb. Fevral ayında isə Mask Ukraynadakı Ləyaqət İnqilabını “çevriliş” adlandırıb.
 

Elon Maskın yeni açıqlaması ilə bağlı Twitter-də növbəti qalmaqal yaşanmışdı. “SpaceX”in qurucusu bir sosial şəbəkə istifadəçisinin yazısına verdiyi şərhdə yazıb ki, 2010-cu ildə Ukrayna prezident seçkiləri şübhəli ola bilərdi, lakin 2014-cü il Ləyaqət İnqilabı, şübhəsiz ki, çevrilişdir.


O şərh yazıb ki, Putin üçün 2014-cü ildə Rusiyayönlü Ukrayna prezidentinin (Viktor Yanukoviçin - red.) devrilməsi onun dövlət çevrilişi adlandırdığı bardağın son damlası olub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR