Bir həftədə 14,5 milyard dollar itirdi

Bir həftədə 14,5 milyard dollar itirdi

“Tesla” şirkətinin baş direktoru İlon Maskın sərvəti ötən həftə 14,5 milyard dollar azalıb.


Sfera.az xəbər verir ki, bu haqda məlumatı “Forbes” nəşri yayıb. 


Nəşr yazır ki, bu, planetin bütün varlı insanları arasında həftəlik ən böyük sərvət itkisidir. Bu günə qədər Maskın xalis sərvəti 187,9 milyard dollar qiymətləndirilirdi. O, hələ də ABŞ-nin ən zəngin və dünyanın isə ikinci ən zəngin adamıdır.


Maskın sərvəti bir həftə ərzində “Tesla”nın səhmlərinin 10,8% ucuzlaşmasından sonra azalıb. Avtomobil istehsalçısının son rüblük hesabatı investorların xoşuna gəlməyib, ona görə şirkətin anbarlarındakı avtomobillərin sayı bu ilin əvvəlində pik həddə çatıb. Bu, əvvəllər öz məhsullarına heç vaxt aşağı tələblə üzləşməyən bir avtomobil istehsalçısı üçün qeyri-adi bir vəziyyətdir. 


Vasif


OXŞAR XƏBƏRLƏR