İranda hicabsız xanımlar metroya buraxılmır
Kateqoriya məlum deyil
İranda hicabsız xanımların metroya girişinə icazə verilmir.
Sfera.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat paylaşılıb.
İran televiziyasının yaydığı videodan görünür ki, hicabsız xanımlar Tehran metrosuna buraxılmır.
Bundan başqa, İran universitetlərinin hicab qaydalarına əməl etməyən qadınlara təhsil verməkdən imtina etdiyi açıqlanıb.






