Rus ordusu mülki əhalini bombaladı - Ölənlər var
Kateqoriya məlum deyil
Rusiya hərbçiləri gecə Zaporojye vilayətinin mülki əhali yaşayan bölgələrinə zərbələr endiriblər.
Sfera.az xəbər verir ki, hücumun təfərrüatları barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Yuri Malaşko “Telegram”da məlumat verib.
O bildirib ki, 3 nəfər dünyasını dəyişib ki, onlardan ikisi 11 yaşlı qız və atasıdır.
“Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir”, – deyə Yuri Malaşko bildirib.
Regional Hərbi Administrasiya rəhbərinin sözlərinə görə, Zaporojye, Orexov, Hulyaipole və daha 15 yaşayış məntəqəsi Rusiya mərmilərinin hədəfinə çevrilib:
“Düşmən bir raket hücumu, dörd hava hücumu, beş pilotsuz təyyarə hücumu və 46 atəş həyata keçirib”.






