Putin köməkçisini İrana göndərdi
Kateqoriya məlum deyil
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi İqor Levitin İrana səfər edib.
Sfera.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, Levitin Şimal-Cənub dəmir yolu layihəsini müzakirə etmək üçün İrana gedib.
Onun İran paytaxtına iki günlük səfəri çərçivəsində İran rəsmiləri, o cümlədən ölkənin birinci vitse-prezidenti Məhəmməd Mohber və İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş ilə görüşlər keçirəcəyi bildirilib. (Axar.az)






