“Finlandiyanın NATO-ya daxil olması Rusiyanı qıcıqlandırıb” - Açıqlama

“Finlandiyanın NATO-ya daxil olması Rusiyanı qıcıqlandırıb” - Açıqlama

“Finlandiyanın NATO-ya daxil olması ciddi nəticələrə səbəb olacaq”.

 

Sfera.az bildirir ki, bu barədə Çinin “Global Times” nəşri məlumat yayıb. Çinli analitiklərin fikrincə, sözügedən hadisədən sonra Rusiya öz sərhədlərinin təhlükəsizliyini gücləndirmək məqsədilə nüvə silahları yerləşdirəcək:

 

“Finlandiyanın NATO-ya daxil olmasından sonra Baltikyanı və Skandinaviya ölkələri ilə sərhədlərdə nüvə silahlarının yerləşdirilməsinin artması, eləcə də Avropanın ümumi təhlükəsizliyinin azalması müşahidə olunacaq”.

 

Ekspertlərin fikrincə, NATO raket buraxılış qurğularını Finlandiya ərazisinə yerləşdirmək niyyətindədir və bu, Moskvanın sərt reaksiyasına səbəb olacaq. Politoloq Cui Henq bildirib ki, Finlandiyanın neytrallıqdan tamamilə imtina etməsi bu ölkə üçün riskləri azaltmaq əvəzinə artırır.

 

“Rusiya bir tərəfdən Ukrayna münaqişəsi çərçivəsində hücumu gücləndirə, digər tərəfdən nüvə silahlarının yerləşdirilməsini artırmağa davam edə bilər”, deyə o əlavə edib.

 

Xatırladaq ki, ötən gün Finlandiya rəsmən NATO-ya üzv olub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...