4 yaşlı uşağın ölümünə səbəb olan futbolçu həbs olunacaq
Kateqoriya məlum deyil
Niderlandlı hücumçu Ray Vlut 2,5 illik həbs cəzasına məhkum edilib.
Sfera.az xəbər verir ki, informasiyanı "De Telegraaf" yayıb. Bildirilir ki, Niderland məhkəməsi sərxoş halda avtomobil idarə edərək 4 yaşlı uşağın ölümü ilə nəticələnən qəza törədən Vlutun dəmir barmaqlılar arasına salınmasını vacib sayıb. Yekaterinburq "Ural"ının formasını geyinən futbolçunun təzminat qarşılığında azadlıqda qalmaq ehtimalının az olduğu bildirilib.
Qeyd edək ki, hadisə 2021-ci ildə baş verib. Daha öncə 193 km/s sürətlə idarə edilən avtomobildə olan futbolçunun dostu polisə sükan arxasında özünün olduğunu desə də, uşağın öldüyü üzə çıxandan sonra həqiqəti açıqlamışdı. (Publika.az)






