Rusiya-Ukrayna müharibəsi: Döyüşlərdə aktivlik ARTIR

Rusiya-Ukrayna müharibəsi: Döyüşlərdə aktivlik ARTIR

Rusiya-Ukrayna müharibəsinin başlanmasından 404 gün ötür. 


Sfera.az xəbər verir ki, Rusiya və Ukrayna arasında 13 aydır davam edən döyüşlərə danışıqlar yolu ilə son qoymaq mümkün olmayıb. Əksinə zamanla döyüşlərdə aktivliyin artdığı müşahidə edilir.  


Ukraynanın müdafiə naziri keçən həftə verdiyi açıqlamada apreldə əks-hücuma başlaya biləcəklərini söyləyib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə Ukraynada döyüşən Moskva qoşunlarının qərargahına səfəri zamanı Ukraynadakı Rusiya qüvvələrinə döyüş sursatlarının tədarükünü artıracağını vəd edib.
Ukrayna-Rusiya müharibəsi sadəcə döyüş meydanında getmir. Qərb-Rusiya qarşıdurması müxtəlif sahələrdə özünü biruzə verir. 


Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurasına aprel ayı üzrə sədrliyinə qarşı çıxıb. Kiyev şəhər məhkəməsi Rusiyanın işğalçı qüvvələrini tərifləməsi və dini təfriqələri qızışdırması səbəbindən dini liderə ev dustaqlığı verib. 


Rusiya “The Wall Street Journal”ın əməkdaşı Evan Qerşkoviçi casusluqda şübhəli bilərək həbs edib. Qəzet həbsi azad mətbuata qarşı təhqir adlandırıb. 


Rusiya şirkətlərinin Avropa İttifaqı (Aİ) ölkələrinə maye qaz göndərilməsinin dayandırılması təklifləri Aİ-nin enerji komissarı Kadri Simson tərəfindən müsbət qarşılanıb. 


Ukraynanın idman naziri Vadim Hutsait ötən şənbə günü bildirib ki, müharibədə 262 ukraynalı idmançı ölüb və 363 idman obyekti dağıdılıb. Bu səbəbdən nazir Rusiyadan heç bir idmançının Olimpiadaya və ya digər idman yarışlarına buraxılmamasını təklif edib. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...