Bu ölkədə 7.2 ballıq zəlzələ baş verdi
Kateqoriya məlum deyil
Papua-Yeni Qvineyada 7.2 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələlərin episentri əhalisi təxminən 2 min nəfər olan Ambunti şəhərindən 38 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 73 km dərinlikdə yerləşib.
Qeyd edək ki, sonuncu dəfə 2022-ci ilin sentyabrında Papua Yeni Qvineyada 7 baldan yuxarı zəlzələ olub. Yeraltı təkanlar səbəbindən sunami təhlükəsi elan edilib.






