Logo

İsrail iranyönlü birləşmələrin hərbi aerodromunu vurdu - İtkilər var

İsrail iranyönlü birləşmələrin hərbi aerodromunu vurdu - İtkilər var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrail Suriyanın Homs əyalətindəki quru hədəflərinə zərbələr endirib.

Sfera.az xəbər verir ki, “Al İhbaria” telekanalı  respublikanın silahlı qüvvələrinin komandanlığındakı mənbəyə istinadən 5 hərbçinin yaralandığını, həmçinin maddi ziyan dəydiyini açıqlayıb.

“İsrail vilayətin mərkəzi hissəsindəki hərbi mövqelərə aqressiv hücuma keçib. Suriya zenitçiləri düşmənin hava hədəflərinə atəş açıb və bir neçə raketi vurublar” – deyə mənbə bildirib.

İsrail Hərbi Hava Qüvvələrinin qonşu Livanın şimalındakı hava məkanından zərbə endirdiyi bildirilir.

“Al Hadath”ın xəbərinə görə, hədəflərdən biri iranyönlü şiə birləşmələrinin dəstələrinin yerləşdiyi Əd-Dəbaqa kəndindəki hərbi aerodrom olub, onların döyüşçüləri itki verib.

Telekanalın məlumatına görə, 2022-ci ildə İsrail Suriyadakı hərbi mövqe və obyektlərə 32 dəfə hücum edib. 90-dan çox yer hədəfi vurulub, 89 Suriya əsgəri həlak olub, 120-dən çoxu yaralanıb.//Yeniavaz.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR