Ukraynalı hakerlər rus pilotları belə ifşa etdilər: həyat yoldaşlarını şəkil çəkdirməyə razı saldılar və... - FOTO

Ukraynalı hakerlər rus pilotları belə ifşa etdilər: həyat yoldaşlarını şəkil çəkdirməyə razı saldılar və... - FOTO

Ukraynalı “hacktivistlər” Mariupol teatrını vəhşicəsinə bombalamağa görə məsuliyyət daşıdığı iddia edilən rus pilotları ifşa ediblər. 
 

Sfera.az “Telegraph”a istinadən xəbər verir ki, hakerlər buna həmin pilotların həyat yoldaşlarını aldadaraq, onları şəkilli təqvim üçün poza verməyə razı salmaqla nail olublar. 

 

Mürəkkəb hiylənin arxasında duran “Kiber Müqavimət” qrupu özünü Kremlin qonşu Ukraynaya təcavüzünün qızğın tərəfdarları kimi göstərmək üçün saxta rus kimliklərindən istifadə edib.

 

Rusiyanın elit 960-cı Hücum Aviasiya Alayının komandiri, keçən il təxminən 600 mülki şəxsin ölümünə səbəb olan teatrın bombalanması əmrini verən polkovnik Sergey Valeriyeviç Atroşenkonun həyat yoldaşı əsas hədəf olub. 

 

Komandirin əmrindəki Su-25 döyüş təyyarələri, həmçinin Ukraynanın cənubundakı şəhərdəki doğum xəstəxanasını bombalayıb, ən azı 4 nəfər ölüb, 16 nəfər yaralanıb və bir ölü doğuş meydana gəlib. 

 

Ukraynanın açıq mənbəli jurnalist qrupu olan “Inform Napalm”da yer alan məlumata görə, xanım Atroşenkonun şəxsiyyətini müəyyən edən hakerlər onunla əlaqə saxlayıb. Onlar Atroşenkonu əhval-ruhiyyəni yüksəltmək üçün hərbçilərin xanımlarının şəkilli təqvimini hazırlamaq istədiklərinə inandıra biliblər. Atroşenko bölüyün digər 11 hərbçisinin xanımını da fotosessiya razı salıb. Rus hərbçi ailələri arasında belə bir ənənə var ki, bölük komandirinin həyat yoldaşı aşağı rütbəli hərbçilərin xanımları üzərində əhəmiyyətli təsirə malik olur. 


Hakerlərin hesabatının bir hissəsi olaraq yayımlanan qrup çəkilişində arxa planda Su-25 təyyarəsi görünür, ön planda isə hərbçi həyat yoldaşının formasını geyinmiş və medallarını taxmış 12 qadın var. Onlardan 10-u hündürdaban ayaqqabı geyinib, bəziləri  parad tuniklərinin altında demək olar ki, nəzərə çarpmayan qısa ətəklər geyiniblər.

 

Yayımlanan məzmunlar arasında 41 yaşlı xanım Atroşenkonun ərinə “fotosürpriz” olaraq göndərilən alt paltarında iki pozası da var

 

41 yaşlı qadın Azov dənizinin sahilində, Krasnodar diyarının Primorsko-Axtarsk şəhəri yaxınlığındakı aerodromda “vətənpərvərlik fotosessiyası”nı təşkil etməyə və orada iştirak etməyə razılaşarkən ukraynalı fəalla deyil, ərinin polkunun zabiti ilə ünsiyyətdə olduğuna inanırdı. 

 

Hakerlər, həmçinin digər 11 pilotun adlarını, rütbələrini, ev ünvanlarını, pasport nömrələrini və əlaqə məlumatlarını dərc edib.

 

“Kiber Müqavimət” qrupu əməliyyat planlaşdırma sənədləri, Rusiya hərbi hava axtarışı üçün təlimatlar, hava hərəkətinə nəzarət prosedurları və Rusiya Hərbi Hava Qüvvələrinin NATO-nun müşahidə təyyarələrinə qarşı ələ keçirmə taktikasının təkmilləşdirilməsinə dair 16 səhifəlik dosye əldə etdiklərini açıqlayıb.

 

Materialın əksər hissəsi dərc olunmayıb və Ukrayna hakimiyyət orqanlarına təhvil verilib.

 

 

Lalə
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR