Logo

“Bu axmaqlıqdır, qalib gəlmək mümkün deyil” - Lukaşenko

“Bu axmaqlıqdır, qalib gəlmək mümkün deyil” - Lukaşenko
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qərb Belarus ərazisini işğal etməyə hazırlaşır.

Sfera.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə xalqına və Milli Assambleyaya müraciəti zamanı bildirib.

Lukaşenkonun sözlərinə görə, Rusiyanın məhv edilməsi təhlükəsi yaranarsa, Kreml rəhbərliyi nüvə silahından istifadə edəcək.

“Əgər Rusiya rəhbərliyi vəziyyətin Rusiyanın dağılması təhlükəsi yaratdığını başa düşsə, o zaman ən dəhşətli silahdan istifadə olunacaq. Buna yol vermək olmaz”, - Belarus rəhbəri vurğulayıb.

O, həmçinin qeyd edib ki, ukraynalılar nüvə gücünə qalib gələ biləcəklərinə əbəs yerə inanırlar.

“Bu axmaqlıqdır, qalib gəlmək mümkün deyil”, - Lukaşenko deyib.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR