Cəsədi 2 il soyuducuda gizlədən şəxs fırıldaqçılığa görə həbs edildi

Cəsədi 2 il soyuducuda gizlədən şəxs fırıldaqçılığa görə həbs edildi

Böyük Britaniyada 52 yaşlı Damion Conson Birmingem şəhərinin mərkəzində birlikdə yaşadığı Con Ueynraytın dəfninə mane olmaqda, həmçinin mərhumun bank kartlarından dəfələrlə istifadə etməkdə ittiham olunur.


Sfera.az bildirir ki, iki ilə yaxın meyiti dondurucuda saxlayan Damion Conson mərhumun pul hesablarını varlanmaq üçün mənimsəməkdə ittiham olunur. Britaniyalı gələn ay Derbi Kral Məhkəməsi qarşısına çıxacaq və burada günahını etiraf edəcəyi gözlənilir.

Prokurorlar bildiriblər ki, Damion malların ödənişi üçün dəfələrlə ölmüş tərəfdaşının pul hesablarından istifadə edib. Cavabdeh bankomatlardan pul çıxarıb, həm də öz hesabına köçürüb.
 

Hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə ediblər ki, Conun cəsədi yalnız 2020-ci ilin avqustunda, Birmingemdəki ümumi mənzilinin dondurucusunda tapılan zaman aşkar edilib. Prokurorlar qeyd ediblər ki, həmin şəxs 2018-ci ilin sentyabrında dünyasını dəyişib. Ölümün səbəbi hələ müəyyən edilməyib.


Damion Johnsona qarşı partnyorunun cəsədinin basdırılmasına mane olmaqda bir ittiham və mərhumun pulunu öz mənfəəti üçün dələduzluq yolu ilə istifadə etməkdə üç ittiham irəli sürülüb.


Prokurorluğu təmsil edən vəkil Şiroz Əhməd qısa iclasda bildirib ki, Damiona qarşı ən ağır ittiham yalnız yuxarı instansiya məhkəməsində dinlənilə bilər.
 

Gələn ay britaniyalı Derbi Kral Məhkəməsi qarşısına çıxacaq və onun günahını etiraf edəcəyi gözlənilir.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR