"Ermənistan hökuməti bu məsələlərlə bağlı məhdud addımlar atıb" - ABŞ Dövlət Departamenti 

ABŞ Dövlət Departamenti 2022-ci il insan haqları hesabatını açıqlayıb. Hesabat 198 ölkəni, o cümlədən Ermənistanı əhatə edib.

 

Sfera.az xəbər verir ki, Departamentin Ermənistanla bağlı hesabatlarına görə, adıçəkilən ölkədə təhlükəsizlik qüvvələri tərəfindən işgəncələr, ağır həbsxana şəraiti, əsassız həbslər məhkəmələrin müstəqilliyi ilə bağlı ciddi problemlər var:

 

“Həyat, söz azadlığının məhdudlaşdırılması, vətəndaş cəmiyyəti subyektlərinə və LGBTQ icmasının üzvlərinə qarşı zorakılıq və ya təhdidlərlə bağlı cinayətlər, həmçinin uşaq əməyinin ən pis formaları mövcuddur. Hökumət keçmiş və indiki dövlət məmurları və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iddia edilən sui-istifadə hallarının araşdırılması və cəzalandırılması üçün yalnız məhdud addımlar atıb”.

 

Dövlət Departamentinin Ermənistanla bağlı geniş hesabatı tənqidi, lakin dəqiq şəkildə müxtəlif insan hüquqları pozuntularını çox təfərrüatı ilə təsvir edib.

 

Qeyd edək ki, bundan əlavə, ABŞ-də yerləşən “Freedom House” azadlıq reytinqində Ermənistan “qismən azad” ölkə kimi qiymətləndirilib. 

 

Əzizə


OXŞAR XƏBƏRLƏR