“Putin təhlükəli çıxışlar edir” - Bayden

“Putin təhlükəli çıxışlar edir” - Bayden

Rusiya prezidenti Vladimir Putinin son çıxışı ABŞ prezidenti Co Baydeni narahat edib.

 

Sfera.az bildirir ki, Ağ Ev rəhbəri Rusiyanın taktiki nüvə silahlarını Belarus ərazisində yerləşdirəcəyi haqda açıqlama verib. O, bu barədə Şimali Karolinadan Vaşinqtona qayıtdıqdan sonra danışıb. Bayden Moskvanın bəyanatlarından narahat olduğunu söyləyib.

 

“Əgər mən təyyarədə olarkən bu baş verməyibsə, deməli onlar hələ də taktiki nüvə silahını Belarus ərazisində yerləşdirməyiblər. Əlbəttə, mən bundan narahatam. Əvvəllər də dediyim kimi, Putin təhlükəli çıxışlar edir”.

 

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə deyib ki, ABŞ hələ də Belarus ərazisində Rusiya nüvə silahlarının yerləşdirilməsi ilə bağlı sübutlar görməyib: “Vaşinqton faktlarla əsaslanmamış ssenarilərlə hərəkət etmək niyyətində deyil”.

 

Xatırladaq ki, martın 25-də Rusiya prezidenti Vladimir Putin Moskvanın Minskin tələbi ilə öz taktiki nüvə silahlarını Belarusda yerləşdirəcəyini deyib. Rusiya Federasiyası artıq Belarusa nüvə silahı daşıyıcısı ola biləcək “İsgəndər” raket kompleksini təhvil verib. Putinin sözlərinə görə, Belarus ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisi iyulun 1-də başa çatacaq.

 

Türkan


OXŞAR XƏBƏRLƏR