Zelenski Ukraynanın məğlubiyyət ehtimalından DANIŞDI: “Əgər bu olsa..”

“Baxmutun itkisi siyasi məğlubiyyət kimi qiymətləndiriləcək”.
Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Associated Press”ə açıqlamasında deyib. O qeyd edib ki, sözügedən hadisə Ukrayna əsgərlərinin mənəviyyatına və əzmkarlığına zərbə vura və münaqişədə ümumi məğlubiyyətə səbəb ola bilər.
Zelenski həmçinin etiraf edib ki, Baxmutun itirilməsi bütün beynəlxalq ictimaiyyət tərəfindən Ukraynaya təzyiqləri yaradacaq:
“Hadisələrin bu cür inkişafı ilə Rusiya Ukraynanı danışıqlar masasına oturtmaq və kompromislərə getmək baxımından üstünlük qazanacaq”.
Qeyd edək ki, Baxmut uğrunda döyüşlər 2022-ci ilin avqustundan davam edir. Payızda “Vaqner” döyüşçüləri şəhəri taktiki mühasirəyə almaq üçün yaxınlıqdakı yaşayış məntəqələrini nəzarətə götürüblər. Dekabrın 31-də muzdlu döyüşçülərlə Ukrayna Silahlı Qüvvələri arasında küçə döyüşləri başlayıb.
Günay Rəsulqızı