Pakistanda pulsuz un izdihamı: 5 nəfər öldü
Kateqoriya məlum deyil
Pakistanda hökumət tərəfindən paylanan pulsuz un izdihamlara səbəb olub.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Pəncab əyalətinin Kasur və Xairpur şəhərlərində un paylanması zamanı yaranan izdiham nəticəsində 2 nəfər ölüb.
Həftə ərzində müxtəlif şəhərlərdə yaranan izdihamlar nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib, çoxlu sayda adam yaralanıb.
Qeyd edək ki, Pakistan ərzaq böhranı ilə mübarizə aparır. Ölkədə 1 paket unun qiyməti 3 min Pakistan rupisinə (18 manat) yüksəlib.
Lalə
Sfera.az






