Logo

Uçan avtomobillər tezliklə reallığa çevriləcək

Uçan avtomobillər tezliklə reallığa çevriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fantastik filmlərdə nümayiş etdirilən uçan avtomobillər tezliklə reallığa çevriləcək.

Sfera.az xəbər verir ki, "AeroMobil 3.0" adlı uçan avtomobil 2017-ci ildə Slovakiyada satışa çıxarılacaq.

Avtomobilinin təqdimat videosu hələ 2014-cü ildə "YouTube" video hostinqində yerləşdirilib. İndi bu çarxa baxış sayı 10 milyona bərabərdir.

"Aeromobil" səmada saatda 200 km-dək sürət yığa biləcək. Avtomobil uçmaq üçün qanadlarını açmalı və ən azı 300 metr uçuş zolağı məsafəsində boş məkana malik olmalıdır. Gələcəyin avtomobili  havada 1 saat uçmaqdan ötrü 15 litr yanacaq işlədəcək.

Avtomobilin qiyməti 200 min avro olacaq. Bundan başqa, belə avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi deyil, həm də pilot lisenziyası tələb olunacaq. /Ölkə.az/

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR