Dünya mediası bundan DANIŞIR: Putin Ermənistanda həbs olunacaq?

Dünya mediası bundan DANIŞIR: Putin Ermənistanda həbs olunacaq?

İrəvan administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmağa hazırlaşmasından qəzəblənən Moskvanın son xəbərdarlığı gündəm olub. Rusiya ilə Ermənistan arasındakı gərginlik həm yerli mətbuatda, həm də bütün dünyada əks-səda doğurub.

 

Sfera.az bildirir ki, Moskva İrəvandan Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmamasını istəyib. Rusiya Xarici İşlər Nazirliyindəki mənbələr qeyd edib ki, Ermənistanın məhkəmənin üzvlərindən biri olması qəbuledilməzdir. “RİA Novosti” xəbər agentliyinin məlumatına görə, sözügedən addımın ikitərəfli münasibətlər üçün çox ciddi nəticələri olacaq.

 

Digər tərəfdən, Moskvanın reaksiyası həm dünyada, həm də Ermənistanda rezonans yaradıb. “Janamak” qəzetinin bugünkü manşeti “Ermənistanın hədəflərinə Rusiyadan sərt reaksiya”, - deyə olub. “News.am” saytı isə sözügedən mövzu ilə bağlı Rusiyanın Ermənistanın bu addımını qəbuledilməz hesab etdiyini oxucularına çatdırıb. “Aysor.am” adlı başqa bir sayt “Moskva İrəvanın Roma Statutuna qoşulmaq planını qətiyyən qəbuledilməz hesab edir” başlığına üstünlük verib. “Arka” xəbər agentliyi “Rusiya Ermənistana Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etməməsi ilə bağlı xəbərdarlıq edir” başlığını seçib.

 

ABŞ-nin “Fox News” telekanalı belə manşetdən istifadə edib: “Rusiya Putinin həbsindən sonra Ermənistana xəbərdarlıq edib: “Ciddi nəticələr olacaq””. Ukraynanın “Pravda” qəzeti isə “Rusiya Ermənistanın Putini həbs etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımaq niyyətindən narahatdır”, deyə qeyd edib.

 

Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...

Prezident Sərəncam İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “...