Petisiya 25 min imza toplaya bilsə... - Bu, Ukraynaya qadağan edilə bilər

Petisiya 25 min imza toplaya bilsə... - Bu, Ukraynaya qadağan edilə bilər

Ukraynaya tükənmiş uran sursatlarından istifadə qadağan oluna bilər.

 

Sfera.az bildirir ki, bu barədə  Zelenski ofisinin saytında petisiya yayılıb. Müraciətdə bu cür mərmilərin həm ətraf mühitə, həm də bəşəriyyətə ziyanı vurğulanıb. Qeyd olunub ki, petisiya 25 min imza toplaya bilsə, Ukrayna prezidenti bunu nəzərdən keçirməli olacaq.

 

“Belə sursatların istifadəsi bəşəriyyətə və planetə qarşı cinayətdir. Onların istifadəsi qəbuledilməzdir. Bu petisiyaya baxılmasını və müraciətə yekun vurulana qədər Ukrayna Silahlı Qüvvələri tərəfindən belə sursatların istifadə edilməməsi üçün təhlükəsizlik tədbirlərinin görülməsini tələb edirik”, - Zelenski İdarəsinin saytındakı petisiyada qeyd olunub.

 

Qeyd edək ki, Britaniya müdafiə nazirinin müavini Annabel Qoldi tükənmiş uran mərmilərinin Kiyevə təhvil veriləcəyini bəyan edib. Onun sözlərinə görə, bu cür döyüş sursatları müasir tanklar və zirehli texnikaları məğlub etmək üçün effektivdir.  Qoldinin sözügedən bəyanatı  ciddi reaksiyaya səbəb olub. Bir çox siyasətçilər və hərbi ekspertlər Britaniya hakimiyyətinin bu qərarını Ukrayna müharibəsində qarşıdurmanı daha da tətikləyən addım kimi qiymətləndiriblər.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...